Ançelotti yenə ukraynalı qapıçıya güvənməli olacaq
“Real”ın baş məşqçisi Karlo Ançelotti qarşıdakı matçlarda əsas qapıçı Tibo Kurtuanın sağlamlığını riskə atmaq istəmir. Belə olan halda, “Milan”la UEFA Çempionlar Liqasında keçiriləcək növbəti matçda böyük ehtimalla, ukraynalı qolkiper Andrey Lunin oyuna start heyətində başlayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper tez sağalmaq üçün əlindən gələni edir, o, artıq komanda ilə məşqlərə qayıdıb. Amma onu riskə atmaq istəmirlər.
“Real”ın baş məşqçisi Karlo Ançelotti Kurtuaya məsləhət verib: qapıçı üçün ən kiçik oynamaq şansı olsa belə, “Milan” və “Osasuna” ilə qarşıdakı görüşləri buraxmaq daha yaxşıdır. Ançelotti Kurtuaya beynəlxalq fasilədən sonra tam sağalmağı və əsas heyətdə olmağı tövsiyə edib.
“Real” – “Milan” matçı noyabrın 5-də keçiriləcək.
Bizi Facebook-da izləyin