Ançelotti zədəlilərdən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının təxirə salınmış 17-ci turunun “Valensiya” ilə matçını (2:0) dəyərləndirib.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, Kərim Benzema və Eder Militaonun zədələrindən danışıb:

“Benzemanın zədəsi yüngüldür. Militaonun bazar gününə qədər zədəsini bərpa etməyə vaxtı olmayacaq”.

“Kral klubu”nun braziliyalı oyunçusu görüşün birinci hissəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Benzema isə 60-cı dəqiqədə əvəzlənib.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 45 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button