Ançelotti Zidana çatdı

Karlo Ançelotti “Real”ın baş məşqçisi kimi 172-ci qələbəsini qazanıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu göstəriciyə görə italiyalı mütəxəssis Zinəddin Zidana çatıb. Migel Munyos 357 xalla “Real”ın baş məşqçisi kimi ən çox qələbə qazanan rekordçudur.

İspaniya çempionatının dördüncü turunun matçında “Real” səfərdə “Xetafe”yə 2:1 hesabı ilə qalib gəlib.

Növbəti turda “kral klubu” “Real Sosyedad”la, “Xetafe” isə “Osasuna” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button