Ançelotti yeni mövsümdə hansı sistemdən istifadə edəcəyini açıqlayıb
Yay transfer pəncərəsində “Real” Kilian Mbappeni heyətinə qatıb.
İndi futbolsevərləri baş məşqçi Karlo Ançelottinin fransalı hücumçudan necə istifadə edəcəyi çox maraqlandırır.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırcı mətbuat konfransında bu məsələyə münasibət bildirib:
“Düşünürəm ki, biz 4-3-3 və ya 4-4-2 sistemindən istifadə edə bilərik. Fərqi yoxdur, çünki keçən mövsüm də eyni şeyi etmişdik. Fərqli oynamaq üçün heyətdə bütün resurslarımız var”.
Bundan əvvəl mətbuatda Mbappenin gəlişi ilə Çud Bellingemin mövqeyinin dəyişəcəyi və onun bir az geridən oynayacağı barədə məlumatlar yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin