Ançelotti: “Bəxtimiz gətirmədi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 23-cü turunun “Atletiko” ilə oyununu (1:1) şərh edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu nəticəyə görə komandanı günahlandırmadığını deyib:

“Yaxşı oyun keçirdik, matça nəzarət etdik. Lakin bəxtimiz gətirmədi və sonda qol buraxdıq. “Real” son dəqiqə qolları sayəsində bu mövsüm çoxlu oyun qazanıb, özümüzü günahlandırmaq lazım deyil. Biz turnir cədvəlinə başçılıq edirik. Narahat olmayın, komanda yaxşıdır və yaxşı futbol oynayır. Bu, məndə gələcəyimizə inam verir”.

“Real” 23 oyundan 58 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Atletiko” La Liqada eyni sayda matçdan sonra 48 xal toplayıb və dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button