Ançelotti narahatdır
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 2-ci turunda “Lill”ə məğlubiyyətdən (0:1) sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı yaradıcılıqda problemlərinin olduğunu bildirib:
“Yaradıcılıqda problemimiz var idi, topa sahiblik yavaş idi, ideyalar az idi. Açığı, bu matçda bizim üçün heç nə alınmadı. Təəssüf ki, hisslər yaxşı deyildi. İdmanda uduzmaq olar, amma bu gün yaxşı hiss etmədik. Mən narahatam. Ancaq öyrənmək və inkişaf etmək üçün bütün resurslarımız var. Biz hər şeyi yaxın zamanda düzəltməliyik”.
“Real” növbəti oyununu oktyabrın 5-də İspaniya çempionatında “Vilyarreal”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin