
Ançelotti Vinisiusu təriflədi
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun yarımfinalının “Real Sosyedad”la cavab qarşılaşmasında (4:4) Vinisius Juniorun çıxışını dəyərləndirib.
Madridlilər ümumi hesabda 5:4 qalib gələrək, finala vəsiqə qazanıblar. Həlledici qolu əlavə vaxtda Antonio Rüdiger vurub. Vinisius qol vurmasa da, komanda yoldaşlarına iki məhsuldar ötürmə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Vinisiusun özünün ən yaxşı tərəfini göstərdiyini söyləyib:
“Vinisius özünün ən yaxşısını göstərdi, çox yaxşı idi və hücumda həlledici töhfə verdi. Ondan əla oyun oldu”.
“Real”ın finaldakı rəqibi bu gün “Atletiko” – “Barselona” matçında müəyyənləşəcək. İlk oyunda qalib müəyyənləşməyib – 4:4.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



