Ançelotti: “Vinisius mənim üçün dünyanın ən yaxşısıdır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 24-cü turunun “Jirona” ilə oyunundan (4:0) sonra bəzi futbolçuları tərifləyib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu futbolçular arasında hücumçu Vinisius Juniorun çıxışını yüksək qiymətləndirib:

“Vinisius mənim üçün dünyanın ən yaxşısıdır. O, yüksək səviyyəli matç oynadı. Vinisius dünyanın ən yaxşısıdır. Çud Bellingem bu siyahıda ikinci, Rodriqo isə üçüncüdür”.

“Jirona” ilə matçda Vinisius bir qol vurub və iki məhsuldar ötürmə edib. Ümumilikdə, braziliyalı vinger bu mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button