Ançelotti Vinisius haqda: “O, əladır”
“Real”ın baş məşqçisi Karlo Ançelotti Vinisius Juniorun qarşıdakı oyunlara hazırlığından danışıb.
Komanda.az “kral klubu”nun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, braziliyalı hücumçunun yaxşı formada qayıtdığını bildirib:
“O, əladır. Yaxşı formada qayıdıb və oyundan kənar vaxtdan səmərəli istifadə edib. O, son həftələrdə aldığı mükafatlardan enerjili, motivasiyalı və ilhamlanmış vəziyyətdədir. Hər zaman olduğu kimi, sabah da özünü göstərmək və öz töhfəsini vermək arzusu ilə oyunlara hazırlaşır”.
Vinisius daha əvvəl “Globe Soccer Awards” tərəfindən ilin ən yaxşı oyunçusu və hücumçusu seçilib. O, həmçinin 2024-cü ilin ən yaxşı cənubi amerikalı futbolçusu mükafatını alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin