
“Elə işləməliyik ki, Vinisius millidə də ən yaxşı futbolunu göstərsin”
Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti “Real”da birlikdə çalışdığı Vinisius Juniorla bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Vinisiusun milli komandada da klub səviyyəsindəki oyununu göstərəcəyinə ümid etdiyini bildirib:
“Bilmirəm, o, indiyədək yığmada ən yaxşı futbolunu göstərib, ya yox. Amma onun vaxtı var ki, “Real”da etdiklərini burada da nümayiş etdirsin. Bizim üçün o, əsas oyunçudur. Elə işləməliyik ki, o, burada da ən yaxşı futbolunu göstərsin”.
Braziliya millisi Ançelottinin rəhbərliyi altında ilk oyununu iyunun 6-da, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Ekvador yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin