Ançelotti: “Valverde əla oyunçudur”
“Real”ın baş məşqçisi Karlo Ançelotti Federiko Valverdenin müdafiədəki çıxışından danışıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Valverdenin müdafiəçi kimi komandaya böyük töhfə verdiyini bildirib:
“Federiko müdafiəçi kimi böyük töhfə verir. Çünki o, əla oyunçudur və harada olursa olsun, öz işini görür”.
Uruqvaylı futbolçu bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edərək, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Real” fevralın 9-da İspaniya La Liqasının 23-cü turu çərçivəsində evdə “Atletiko”nu qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin