Ançelotti niderlandlıya çatdı

Karlo Ançelotti “Real”da baş məşqçi kimi 197-ci oyununu keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis bunu La Liqanın 15-ci turunun “Valyadolid” ilə matçında bacarıb (2:0).

İtaliyalı mütəxəssis bu göstəriciyə görə 4-cü sırada qərarlaşan niderlandlı Leo Benhakkerə çatıb.

Madrid təmsilçisində rekordçu 605 qarşılaşma ilə ispaniyalı Migel Munyosdur. Fransalı Zinəddin Zidan (263) ikinci, Visente Del Boske (246) üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button