Ançelotti təsdiqlədi: “Real” futbolçusu ilə müqaviləni uzadıb

“Real”ın baş məşqçisi Karlo Ançelotti müdafiəçi Ferlan Mendinin Madrid klubu ilə müqaviləsini uzatdığını, lakin müddətin dəqiqləşmədiyini bildirib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Mendinin performansından razı olduqlarını söyləyib:

“Mendi “Real”la müqaviləsini uzadıb. Biz onun performansından razıyıq”.

Fransalı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Hazırkı müqavilə cari mövsümün sonunda başa çatacaqdı.

29 yaşlı müdafiəçi “kral klubu”na 2019-cu ilin yayında “Havr”dan 48 milyon avroya keçib. O, “Real”ın heyətində bütün turnirlərdə 176 oyunda iştirak edib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button