Ançelotti türkiyəli futbolçuya görə peşmandır?
“Real”ın baş məşqçisi Karlo Ançelotti hesab edir ki, komandanın türkiyəli yarımmüdafiəçisi Arda Gülər üçün ən yaxşı karyera inkişafı variantı gələn mövsüm üçün icarəyə götürülmək olardı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappenin gözlənilən gəlişi və gənc braziliyalı Endrikin “Palmeyras”dan transferi Ançelottinin bu cür düşünməsinə açıq şəkildə təsir edir.
Arda Gülər bu mövsüm bütün turnirlərdə 5 qarşılaşmada iştirak edib. O, ümumilikdə meydanda 92 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin