Ançelotti zədəli futbolçu haqda: “Bunu da həll edəcəyik”

Dani Sebalyos bir neçə gün əvvəl “Real”ın zədəli futbolçuları siyahısına qoşulub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun italiyalı baş məşqçisi Karlo Ançelotti bu məsələyə münasibət bildirib:

“Sebalyosun zədə alması çox pisdir, çünki o, komandaya münasibəti, oyunu və fədakarlığı ilə kömək edir. Amma biz həmişə etdiyimiz kimi, bunu da həll edəcəyik”.

“Real” bu gün İspaniya çempionatında “Betis”lə səfər matçına çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button