İtaliya klubu Ançelottini razı salmağa çalışır

“Roma” “Real”ın baş məşqçisi Karlo Ançelottini yayda komandaya rəhbərlik etməyə razı salmaq istəyir.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, İtaliya klubunun sahibləri Rayan və Den Fridkin qardaşları mütəxəssisi komandaya rəhbərlik etməyə inandırmağa çalışırlar. Razılaşma baş tutarsa, Ançelottiyə təkcə məşqçi heyətində deyil, həm də transferlər baxımından tam azadlıq veriləcək.

Ançelotti 1979-1987-ci illər arasında 227 oyun keçirərək, dörd kubok və İtaliya çempionatını qazanan “Roma”nın keçmişdə ən çox mükafat əldə edən oyunçularından biri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button