Ançelotti Rodriqonu milliyə çağırmamasının səbəbini açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti sentyabrda komandaya çağırılmayan “Real”ın hücumçusu Rodriqo ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi bunu deyib:

“Rodriqonun komandaya töhfə verə bilmə qabiliyyəti ilə bağlı deyilənlərin hamısı doğrudur. Amma indi biz 70 futbolçunu qiymətləndiririk. Dünya çempionatında rəqabətədavamlı komanda formalaşdırmaq üçün onlara fiziki, texniki və taktiki baxımdan baxırıq. Favoritlər yoxdur. Meydança heç vaxt səhv etməyən hakimdir”.

Xabi Alonso “Real”ın baş məşqçisi təyin olunduqdan sonra Rodriqo əsas heyətdəki yerini itirib və bu səbəbdən, futbolçu milliyə çağırılmayıb.

24 yaşlı forvard Braziliya millisinin heyətində 33 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button