Ançelotti “Real”a baş məşqçi təyin olunmaq üçün özü zəng edib

“Real”ın baş məşqçisi Karlo Ançelotti bir neçə il əvvəl “kral klubu”na necə qayıtmasından danışıb.

Komanda.az “tuttomercatoweb”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı onlara özünün zəng etdiyini söyləyib:

“Öyrəndim ki, “Real” yeni baş məşqçi axtarır. Sonra onlara özüm zəng etdim. Söhbət zamanı komandaya yaxşı mütəxəssis lazım olduğunu söylədilər”.

Ançelotti 2021-ci ildən “Real”ın baş məşqçisidir. Tərəflər arasında hazırkı müqavilənin müdəti 2026-cı ilin yayında başa çatacaq. Onun komandası bu gün UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab matçına çıxacaq. İlk oyunda ingilislər 3:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button