Ançelotti: “Real” mənim son iş yerimdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundan ayrıldıqdan sonra peşəkar karyerasını bitirəcəyini bildirib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis açıqlamasında bu klubda qalmaq istədiyini deyib:  

“Real” mənim son iş yerimdir, bunu təsdiq edirəm. Sonun nə vaxt gələcəyini isə bilmirəm. 2026-cı ildən sonra uğur qazansaq, qala bilərəm. 2026-cı il məşqçilik karyeramın son ili ola da bilər, olmaya da. Mən məşqçi işini sevirəm və ümid edirəm ki, 2027 və 2028-ci illərdə də işimə davam edəcəm. Madridi bəyənirəm, burada qalmaq istəyirəm”.

Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. Onun rəhbərliyi altında komanda 2021/2022 mövsümündə İspaniya çempionatının, ölkə kubokunun, Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub. O, ötən həftə “Real”la 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button