Ancelotti “Real Sosyedad”a məğlubiyyəti şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ancelotti İspaniya La Liqasının 33-cü turunun “Real Sosyedad” görüşündən sonra (0:2) açıqlama verib.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, növbəti oyunlara hazırlaşmalı olduqlarını deyib:

“Birinci hissədə qol buraxdıq, sonra meydanda azlıqda qaldıq. Bu, mürəkkəb idi. Növbəti oyunlara hazırlaşmalıyıq.

Qarşıda bizi vacib oyunlar gözləyir. Son matçlarda etdiyimiz səhvlərdən yayınsaq, növbəti görüşlərdə xallar qazana bilərik”.

“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 68 xalla ikinci, “Real Sosyedad” isə 61 xalla dördüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button