Ançelotti: “Qərar vermək onun ixtiyarındadır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın kapitanı Naço Fernandeslə bağlı vəziyyətdən danışıb. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis qərar verməyin Naçonun ixtiyarında olduğunu bildirib:

“İstəyirəm ki, Naço qalsın? Qərar vermək onun ixtiyarındadır. O, istədiyi hər şeyi etməkdə azaddır”.

Xatırladaq ki, mövsümün sonunda 34 yaşlı müdafiəçinin “kral klubu” ilə müqaviləsi başa çatacaq.

Daha əvvəl ispaniyalı futbolçunun “Real”dan ayrılmaq qərarına gəldiyi bildirilib. O, Avropada qalmaq fikrində deyil. Mərkəz müdafiəçisi daha çox pul qazanmaq üçün karyerasını ABŞ və ya Səudiyyə Ərəbistanında davam etdirmək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button