Ançelotti: “Bəlkə də, qələbəyə layiq deyildik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 5-ci turunda “Real Sosyedad”la oyundan sonra jurnalistlərə açıqlama verib. Onun yetirmələri 2:0 hesabı ilə qalib gəlib. Qolları Vinisius Junior və Klian Mbappe vurub.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı çətin matç olduğunu bildirib:

“Bizim üçün çətin matç oldu. Bəlkə də, rəqib yaxşı oynadığı üçün qələbəyə layiq deyildik. Deyə bilərəm ki, yalnız yekun nəticə məni qane edir. Tənqid sonra gələcək. İndi komanda hələ yüz faiz hazır deyil, lakin fərdi qaydada futbolçular təkmilləşir”.

Madrid komandası 11 xalla İspaniya çempionatının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button