Mahnı oxuyur, rəqs edir – Komandası uğur qazananda

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının qələbələrini necə qeyd etməsindən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı mahnı oxumağı və rəqs etməyi sevdiyini bildirib:

“Mən mahnı oxumağı və rəqs etməyi sevirəm. Ailəm və dostlarımla yaxşı vaxt keçirməyi xoşlayıram. Oxumaq üçün doğru anı seçmək vacibdir. Stadionda olanda və kubok qazananda mən mahnı oxuya bilərəm”.

“Real” ötən mövsüm Ançelottinin rəhbərliyi altında İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub. İtaliyalı məşqçinin Madrid klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button