Ançelotti PSJ haqda: “Ən yaxın körpüyə gedib, özümü atardım”
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Zalsburq”u 3:0 hesabı ilə məğlub edən “Napoli”nin baş məşqçisi Karlo Ançelotti, açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, nəticədən razı olduğunu deyib:
“Yaxşı nəticə əldə etdik, amma qarşıda hələ 90 dəqiqə var. Bəzi şeyləri yaxşı etdik, bəzilərini yox. Bunların üzərində çalışmalıyıq”.
İtaliyalı mütəxəssis, Çempionlar Liqasında PSJ-nin “Mançester Yunayted”ə məğlub olaraq, mübarizəni dayandırması haqqında da danışıb:
“Bu, inanılmazdır. PSJ-nin ehtiyat oyunçuları arasında olsaydım, nə edərdim, bilmirəm. Böyük ehtimalla, ən yaxın körpüyə gedib, özümü atardım”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin