Ançelotti: “Oyunu yaxşı nəzarətdə saxladıq”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandasının 2026-cı il dünya çempionatının final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanmasına münasibət bildirib.

İyunun 11-nə keçən gecə braziliyalılar evdə Paraqvay yığmasını 1:0 hesabı ilə məğlub edərək mundiala vəsiqəni təmin ediblər.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı oyunu yaxşı nəzarətdə saxladıqlarını söyləyob:

“Biz oyunu yaxşı nəzarətdə saxladıq, baxmayaraq ki, hər epizodda qapıya zərbə endirə bilmədik. İkinci hissədə oyun bir qədər zəiflədi, amma ümumilikdə komanda şəklində yaxşı çıxış etdik və bu, məni sevindirir”.

Bundan əlavə, Ançelotti seçmə mərhələnin turnir əhəmiyyəti qalmayan son iki oyununun da vacibliyini vurğulayıb.

Qarşılaşmanın yeganə qolunu birinci hissənin sonlarında Vinisius Junior vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button