Ançelottinin dönüş nöqtəsi kimi baxdığı oyun

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”a qarşı ilk oyununda məğlubiyyətdən (0:3) sonra komandasının yaxşı geri dönüş etməsi üçün çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolçularına İspaniya çempionatındakı oyunların əhəmiyyətini çatdırmağa çalışıb. Onun son iki gündəki məşqdəki əsas işi komandaya La Liqanın 31-ci turunda “Alaves”lə görüşün Çempionlar Liqasında “Arsenal”a qarşı oyunda mümkün geri dönüşün başlanğıc nöqtəsi olduğunu çatdırmağa yönəlib.

“Arsenal”la cavab oyunu aprelin 16-da baş tutacaq. “Alaves”lə oyun isə bu gün keçiriləcək. Madrid klubu İspaniya çempionatının turnir cədvəlində 63 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 7 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button