“Ter Ştegen kimi mühüm oyunçuların zədələnməsi məni çox üzür” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti təqvimin gərgin olması ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəhbərlərin təqvimi dəyişdirmək haqda düşünməli olduqlarını söyləyib:
“Kimsə nəsə etməzdən əvvəl daha neçə ciddi xəsarət olmalıdır? Bildirmək istəyirəm ki, dünyanın ən yaxşı qapıçılarından biri olan Mark-Andre Ter Ştegen (“Barselona”nın qapıçısı) kimi mühüm oyunçuların zədələnməsi məni çox üzür. Ümid edirəm ki, o, tezliklə sağalacaq.
Bu gün edə biləcəyimiz çox az şey var, çünki bu mövsümün təqvimini heç kim dəyişdirməyəcək. Amma ən azından futbol dünyası bu barədə düşünməlidir”.
“Real” bu gün öz meydanında “Alaves”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin