Ançelotti onu yanına aparır
İtaliyanın “Napoli” klubunun futbolçusu Dris Mertens karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Everton” 32 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. Mersisayd klubunun yeni baş məşqçisi Karlo Ançelotti “Napoli”də rəhbərliyi altında oynamış futbolçunu yenidən xidmətində görmək istəyir.
İngiltərə klubunun “Napoli”yə futbolçunun müqaviləsində nəzərdə tutulan 10 milyon avronu ödəməyə hazır olduğu bildirilir. Belçikalı hücumçu “Borussiya”nın da (Dortmund) maraq dairəsindədir.
“Napoli” ilə müqaviləsi 2020-ci ilin iyununadək nəzərdə tutulan futbolçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin