Neymar milliyə çağırılmayıb

Braziliya millisinin məşqçilər heyəti bu ayın ortalarında keçirəcəkləri iki yoxlama oyunu üçün əsas heyəti dəqiqləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti zədəsi yenicə sağalan “Santos”un hücumçusu Neymarı heyətə çağırmayıb.

33 yaşlı futbolçu bu yaxınlarda Braziliya liqasında “Fortaleza”ya qarşı oyunda (1:1) iştirak edib.

Braziliya millisi 15 noyabrda Londonda Seneqal yığmasıyla qarşılaşacaq. Komanda 18 noyabrda isə Fransanın Lill şəhərində Tunis millisiylə görüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button