Ançelotti: “Nə baş verdiyini anlamıram”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandada niyə bu qədər zədəli olduğunu anlamır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Rodriqonun hələ 100 faiz hazır olmadığını bildirib:

“Bizim zədələrimiz? Mən həqiqətən nə baş verdiyini anlamıram. Kilian Mbappe oynamağa davam edə bilsəydi, bizə daha çox xeyir verə bilərdi. Rodriqo hələ 100 faiz hazır deyil – o, əlindən gələn hər şeyi etdi”.

“Real” dünən UEFA Çempionlar Liqası liqa mərhələsinin 6-cı turunda “Atalanta”ya qalib gəlib (3:2), ancaq yenə bəzi zədələr olub. Belə ki, 36-cı dəqiqədə Mbappe meydanı tərk etmək məcburiyyətində qalıb, sonda isə Çud Bellingem əzələsinə görə diskomfort hiss edib və əvəzlənib.

Meydanı zədəli halda tərk edən ingilis və fransalı futbolçu hərəyə bir dəfə fərqlənməklə “Real”ın qələbə qazanmasında iştirak ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button