Ançelotti “Milan”a məğbu olduqları matçdan danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti yoxlama oyununda “Milan”a 0:1 hesabı ilə məğlub olduqları matç haqda fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu oyunda mübarizə apardıqlarını bildirib:

“Bu matçda həqiqətən mübarizə apardıq. Hələ yaxşılaşdırmalı olduğumuz bəzi şeylər var. İndi komanda optimal formada olmalıdır, gənclər isə sadəcə futboldan həzz almalıdırlar. Görüşün ikinci yarısını daha çox bəyəndim. Biz Rüdiger və Modriçlə daha yaxşı oynadıq, lakin onlar cəmi 45 dəqiqə davam etdi”.

“Real” növbəti yoxlama oyununda “Barselona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button