
Ançelottinin saqqızının “sirr”i
“Real”ın baş məşqçisi Karlo Ançelotti matçlar zamanı niyə saqqız çeynədiyini açıqlayıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun stressdən azad olmaq üçün bir yol olduğunu bildirib:
“Saqqız çeynəmək? Stressdən azad olmaq üçün bir yoldur. Bəziləri məni buna görə qınayır, amma bunu xoşlayıram. Oyun başlayanda ürək döyüntülərim kəskin şəkildə yüksəlir. Düşünürəm ki, saqqız çeynəmək mənə normal hədlər daxilində onu idarə etməyə kömək edir”.
“Kral klubu” növbəti matçını evdə “Rayo Valyekano”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



