Ançelotti “Mançester Siti”nin transferləri haqda danışmaq istəmədi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Mançester Siti”nin qış transfer pəncərəsindəki fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında bu barədə şərh vermək istəmədiyini bildirib:

“Mançester Siti” yeni oyunçular transfer etdi, amma “Real” etmədi? Mən bu barədə şərh vermək istəmirəm. Biz indi başqa şeylərə diqqət yetirməliyik”.

“Şəhərlilər” qışda gələnlərə 200 milyon avrodan çox pul xərcləyiblər. Pep Qvardiolanın komandasına Ömər Marmuş, Abdukodir Xusanov, Niko Qonsales, Vitor Reis və Cuma Ba (“Lans”a icarəyə verilib) qoşulub. “Real” davamlı zədə problemlərinə baxmayaraq, heyətinə bir futbolçu da dəvət etməyib.

“Real” Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti” ilə üz-üzə gələcək. İlk qarşılaşma fevralın 11-də, cavab oyunu isə 19-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button