Ançelotti maaşından da imtina etməyə hazırdır, təki…
“Real”ın “sükanı arxasında” olan Karlo Ançelotti La Liqa rəhbərliyinin paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasının yanında kamera, mikrofon quraşdırılması ilə bağlı qərarına münasibət bildirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, məsələ ilə bağlı bunları deyib:
“Qeyd olunan qərarı qəbul etməməklə bağlı hüququmuz var. İsrarla onları işə salmağa çalışsalar, maaşımdan belə, imtina edəcəm ki, təki kamera və mikrafonlar işlək vəziyyətdə olmasın”.
Madrid təmsilçisindən başqa, La Liqanın digər klubları qərara müsbət reaksiya verib.
“Real” oyunlardan öncə futbolçularına matçlardan həm əvvəl, həm də sonra media nümayəndələri ilə ünsiyyət qurmağı qadağan edib. Oyunçularla müsahibəni yalnız klubun mətbuat xidməti təşkil edə bilər.
Bizi Facebook-da izləyin