Ançelotti narazıdır

“Real”ın baş məşqçisi Karlo Ançelotti həddən artıq yüklənmiş təqvimdən narazılığını bildirib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı gərgin mövsüm keçirdiklərini deyib:

“Mən başa düşə bilmirəm ki, son oyundan üç gündən az vaxt keçib. Amma təqvim belədir. Ümid edirəm ki, bir gün bu dəyişdirilə bilər. Gərgin mövsümdür, oyunlar arasında üç gün belə, fasilə olmur. Məncə, bu, çox yanlışdır.

Bəli, meydana çıxmıram, amma üç gündən bir komandanı matçlara hazırlamalıyam.

Niyə La Liqa oyunu sonradan keçirə bilmədi? Televiziya, pul və başqa hər şey, prioritetlər belə müəyyən edilir. Ən son danışdığımız şey zədə riski olan futbolçuların sağalmasıdır”.

Martın 12-də UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko”nu mübarizədən (1:0, 2:4 – pen) kənarlaşdıran komanda bu gün La Liqanın 28-ci turunda “Vilyarreal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button