
Ançelotti: “Qvardiolaya qarşı oynamaqdan bezmişəm”
“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında Pep Qvardiola ilə növbəti görüş haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Qvardiolanın əla məşqçi olduğunu düşünür:
“Mən artıq Qvardiolaya qarşı oynamaqdan bezmişəm. Düşünürəm ki, o, əla məşqçidir. Onu izləmək həmişə maraqlı olsa da, amma onun komandasına qarşı oynamaqdan bezmişəm”.
“Real” Çempionlar Liqasının ilk pley-off matçında səfərdə “Mançester Siti”ni 3:2 hesabı ilə məğlub edib. Cavab oyunu bu gün “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin