Ançelotti ukraynalı futbolçudan üzr istəyib
“Real”ın baş məşqçisi Karlo Ançelotti hər il La Liqada ən az qol buraxan qapıçıya verilən “Zamora” kubokunu qazana bilməyəcəyinə görə qapıçı Andrey Lunindən üzr istəyib.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, hazırda İspaniya çempionatında ən az qol buraxan Lunindir.
Amma kuboka sahib çıxmaq üçün ukraynalı qapıçı ən azı 28 oyun keçirməlidir. Lunin bu mövsüm 18 oyun keçirib və La Liqanın hər turunda çıxış etsə belə, onun öhdəsində 26 matç olacaq.
Ançelotti ukraynalı qapıçıdan bu rotasiyalar səbəbindən indi “Zamora” mükafatını qazana bilməyəcəyinə görə üzr istəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin