Ançelotti Kurtuanın zədələnməsindən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 8-ci turunda “Atletiko” ilə oyunda komandanın qapıçısı Tibo Kurtuanın zədələnməsindən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Kurtuanın əzələ problemlərinin olduğunu bildirib:

“Kurtuanın əzələ problemləri var. O, sabah (bu gün) tibbi müayinədən keçəcək”.

“Atletiko”nun azarkeşləri oyunun ikinci hissəsində “Real”ın qapıçısına yad əşyalar atmağa başlayıblar. Bu səbəbdən oyunda 20 dəqiqəlik fasilə yaranıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

“Real” bu matçdan sonra turnir cədvəlinin 2-ci, “Atletiko” isə 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button