Ançelotti Kroosu kimin əvəzləyəcəyinə qərar verib

“Real”ın keçmiş futbolçusu Toni Kroos 34 yaşında karyerasını bitirmək qərarını verdi. Almaniyalı sabiq yarımmüdafiəçi son Avropa çempionatından sonra butslarını asıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti Federiko Valverdenin artıq Kroosun yarımmüdafiəçi funksiyalarını yerinə yetirməsini istəyir.

Uruqvaylı futbolçu ötən mövsüm, Kroos meydandan kənarda olanda artıq daha kreativ yarımmüdafiəçi kimi çıxış edirdi. Valverde yeni mövsümdə “kral klubu”nun kapitanlarından biri olacaq.

“Real” 2024/25 mövsümündə ilk rəsmi oyununu avqustun 14-də, UEFA superkubokunda “Atalanta”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button