“Onların “Real”da qalmasını istəyirəm” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelottiyə yarımmüdafiəçilər Toni Kroos və Luka Modriçin komandadakı gələcəyi ilə bağlı sual verilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki futbolçunun komandada qalmasını istəyir:
“Toni və Luka ilə danışıqlar Çempionlar Liqasının finalından sonra aparılacaq. Onların “Real”da qalmasını istəyirəm. Kroos bu il “qızıl top”a layiqdir, lakin onun qazanacağı ehtimalı azdır. Baxmayaraq ki, o, Çempionlar Liqasını və Avropa çempionatını qazanarsa, şansı var”.
Çempionlar Liqasının finalı iyunun 1-də “Uembli” stadionunda keçiriləcək. Həlledici görüşdə “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin