Ançelotti Kamavinqanın məşqlərə başlayacağı vaxtı açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Eduardo Kamavinqanın vəziyyətini şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırcı mətbuat konfransında Kamavinqanın gələn həftə komanda ilə məşqlərə başlayacağını bildirib:

“Kamavinqa gələn həftə komanda ilə məşqlərə başlayacaq. Özünü yaxşı hiss edir. O, bizim üçün çox vacibdir. Çünki Kamavinqa qayıtdıqdan sonra yarımmüdafiədə daha çox rotasiya edə bilərik”.

Fransalı futbolçu dizindəki zədə səbəbindən hələ ki, 2024/25 mövsümündə meydana çıxa bilməyib.

“Real” sentyabrın 21-də İspaniya çempionatında “Espanyol”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button