Ançelotti İtaliya millisinin uğursuzluğunun səbəbini izah etdi

İtaliya yığması dördqat dünya çempionu olsa da (1934, 1938, 1982, 2006), son iki mundialı buraxıb. Komanda nə 2018, nə də 2022-ci ildə dünya çempionatına vəsiqə qazana bilib.

Komanda.az “Il Giornale”-yə istinadən xəbər verir ki, hazırda Braziliya millisini çalışdıran Karlo Ançelotti bu uğursuzluğun səbəbini belə izah edib:

“Bu, nəsil böhranıdır. Hazırda bizdə Kristian Vyeri, Françesko Tottti, Del Pyero və ya Flippo İnzaqi kimi oyunçular yoxdur. Müdafiədə yaxşı təsir bağışlasaq da, yarımmüdafiədə həqiqətən istedadlı futbolçularımız çox azdır”.

İtaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində ilk iki oyunda 3 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button