Ançelotti: “Bu, Avropa çempionatında layiqli qələbədir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya millisinin 2024-cü il Avropa çempionatındakı qələbəsini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı İspaniya millisini təbrik edib:

“Təbrik edirəm, İspaniya! Bu, Avropa çempionatında layiqli qələbədir”.

Luis de la Fuentenin komandası İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib. İspanların qollarını Niko Uilyams və Mikel Oyarsabal vurub. İngilislərin heyətində Koul Palmer fərqlənib.

İspaniya millisi 4-cü dəfə Avropa çempionu olub. Bu, bütün Avropa komandaları arasında rekord göstəricidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button