
Ançelotti postunu itirmək təhlükəsi ilə üzləşib
“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024/25 mövsümünün sonunda iş yerini dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” UEFA Çempionlar Liqasının yarımfinalına çıxa bilməsə, tərəflər əməkdaşlığı erkən dayandıra bilər.
Ançelottinin “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. İstefa baş verərsə, italiyalı mütəxəssis Braziliya millisinin baş məşqçisi postunu tuta bilər.
“Real”a gəlincə, klub hazırda Leverkuzen “Bayer”ində çalışan ispaniyalı məşqçi Xabi Alonsonu dəvət edəcək.
“Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin