Ançelotti futbolçularla söhbət edib, Modriçdən dəstək alıb
“Real”ın UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Milan”a məğlubiyyətindən (1:3) iki gün sonra komandanın futbolçuları ilə baş məşqçi Karlo Ançelotti arasında emosional söhbət olub.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bu söhbət komandanın əhval-ruhiyyəsini yaxşılığa doğru dəyişib, çünki italiyalı çalışdırıcı danışıq zamanı çətinliklərə baxmayaraq, “Real”ın futbolçularının onun tərəfində olduğunu görüb.
Həmin vaxt “kral klubu”nun yarımmüdafiəçisi Luka Modriçin “baş məşqçini yarı yolda qoymayacağıq” dediyi vurğulanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin