Ançelotti hirslənib: “Bununla bağlı onlarla danışacam”
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 3-cü turunun “Selta” ilə oyunundan sonra (1:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis oyun planlarının yaxşı işlədiyini deyib:
“Kərim Benzema və Vinisius Junior olmadan cari mövsümdə 6 qol vurmuşuq. Yəni bizim alternativ variantlarımız mövcuddur. Brahim Diası öncədən əsas heyətdə oyuna buraxmaq istədim, amma biz sonda sürprizlərlə qarşılaşmaq istəmirik.
“Real” Tibo Kurtua, Eder Militao, Kərim Benzema, Vinisius Junior olmasa da, qələbə qazana bilir. Oyun planımız yaxşı işləyir.
Penalti zərbəsi yerinə yetiriləndə orada nələrin baş verdiyini başa düşmədim. Federikonu yanıma çağırıb dedim ki, penaltini Luka Modriç vurmalıdır. Onlar Rodriqonun vuracağı ilə bağlı qərar verdilər. Məncə, Valverde Modriçlə bağlı sözlərimi ona çatdırmaq üçün uyğun vaxt tapa bilmədi. Bu, məni hirsləndirdi. Bununla bağlı onlarla danışacam.
Çud Bellingem topla yaxşı hərəkət edir, ağıllıdır, doğru qərar verir. Bacarıqları onu digərlərindən fərqləndirir”.
“Kral klubu” 2023/24 mövsümündə ölkə çempionatında 3 oyuna çıxıb və 3 qələbə qazanıb.
Bizi Facebook-da izləyin