Ançelotti: “Gələn mövsüm də “Real”da qalacam”

“Real” İspaniya La Liqasının 38-ci turunda “Atletik”lə qarşılaşıb (1:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti bu matçdan sonra gələcək taleyi ilə bağlı danışıb.

O, “Gələn mövsüm də “Real”da qalacam. Bu, yüz faiz belədir” deyib.

Öncədən italiyalı mütəxəssisin Braziliya milli komandasını çalışdıra biləcəyi deyilirdi.

Madrid təmsilçisi 2022/23 mövsümündə İspaniya çempionatını 78 xalla 2-ci yerdə bitirib. Onlar Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə əsasən, “Mançester Siti”yə uduzub və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button