Ançelotti futbolçusuna söz verib: Qol vursa, onunla rəqs edəcək
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa son iki mövsümdə “kral klubu”nda qol vura bilməməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu baş məşqçinin ona növbəti qolu vuranda onunla rəqs edəcəyini dediyini bildirib:
“Karlo Ançelotti mənə növbəti qolu vuranda mənimlə rəqs edəcəyini söylədi. Amma bunun nə vaxt baş verəcəyini və nə vaxt uğur qazanacağımı bilmirəm”.
21 yaşlı futbolçu bu mövsüm “Real”ın heyətində 31 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin