Ançelottidən “Real”a qələbə qazandıran sərt çıxış

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının “Mançester Siti” ilə matçının fasiləsində futbolçuları ilə sərt danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, komandanın ilk hissədəki çıxışını düzəltməyini tələb edib.

İkinci hissədə oyunun axarını dəyişə bilən “Real” 3:2 hesablı qələbə qazanıb. Həlledici qolu 90+2-ci dəqiqədə yarımmüdafiəçi Çud Bellingem vurub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Real” və “Mançester Siti” arasında cavab oyunu gələn həftə Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button