
Premyer Liqa klubunun siyahısında Ançelotti də var
Karlo Ançelottinin oğlu Davide Ançelotti “Everton”u çalışdıra bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 33 yaşlı keçmiş futbolçu “Everton”un baş məşqçi postuna namizədlərdən sayılan Marselo Byelsaya alternativ kimi dəyərləndirilir.
Hazırda Davide “Real”ın məşqçilər korpusunda çalışır.
“Everton” 2023-cü ilin yanvarında baş məşqçi Frenk Lempardı və onun köməkçilərini klubdan uzaqlaşdırıb. Mersisayd təmsilçisinin müvəqqəti baş məşqçisi Leyton Baynesdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin